![](uploads/70611eliyar.jpg) Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq arenada növbəti təyinatını alıb. O, Avropa Liqasının qrup oyunlarının 3-cü turu çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) görüşünü idarə edəcək. Yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov, 4-cü hakim Mübariz Haşımov olacaq. Əlavə köməkçi hakim funksiyalarını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Qeyd edək ki, qarşılaşma 25 oktyabr, saat 20:55-də başlayacaq.
|