Premyer Liqanın IV turunun son oyun günündə "Sumqayıt"ı qəbul edən "Qəbələ" inamlı qələbə qazanıb - 4:1.
Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: ""Qarabağ" məğlubiyyətindən sonra bu oyuna yaxşı hazırlaşmışdıq. İlk 30 dəqiqə yaxşı oynasaq da, çox asan qollar buraxdıq".
Fatih Kavlak, "Qəbələ" klubunun baş məşqçisi: "Yaxşı oyun keçdi. Bizim hədəfimiz yuxarı pillələrdə yer almaqdır. Heyətimiz də güclüdür. Ümid edirəm ki, hər şey yaxşı olacaq. "Sumqayıt"a da uğurlar arzulayıram".
|