![](uploads/29131namiq.jpg) Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov ölkə çempionatlarında 100-cü oyununu keçirib. “Neftçi”nin yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının VI turunun “Səbail”lə ev matçına təsadüf edib.
Premyer Liqada 2011/12 mövsümündə, yetirməsi olduğu “Bakı”nın heyətində debüt edən yarımmüdafiəçi “zolaqlılar”ın forması ilə 19 matçda 2 dəfə fərqlənib. “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol) çempionat oyununda iştirak edən Ələsgərov indiki klubunda həm daha çox görüşə çıxıb, həm daha çox qol vurub – 41 matçda 7 top.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2011/12
|
Bakı
|
1
|
0
|
2012/13
|
Bakı
|
3
|
0
|
2013/14
|
Bakı
|
15
|
2
|
2014/15
|
Qarabağ
|
17
|
1
|
2015/16
|
Kəpəz
|
15
|
3
|
2016/17
|
Qarabağ
|
8
|
0
|
2016/17
|
Neftçi
|
11
|
2
|
2017/18
|
Neftçi
|
27
|
5
|
2018/19
|
Neftçi
|
3
|
0
|
Cəmi
|
8 mövsüm, 4 klub
|
100
|
13
|
|