Premyer Liqanın IV turunda səfərdə "Turan"ın qonağı olan "İnter" əzmkar qələbə qazandı. Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Tovuza qələbə qazanmaq üçün gəlmişdik. İlk hissədə penalti zərbəsindən istifadə edə bilmədik. İkinci hissədə etdiyimiz oyunçu dəyişiklikləri bizə vacib olan üç xalı qazandırdı. Bu oyunda bizi heç-heçə qane etməyəcəkdi. Sona qədər mübarizə aparıb qələbə qazandıq. İkinci hissə "Turan" üçün triller kimi oldu". Əsgər Abdullayev, "Turan" klubunun baş məşqçisi: "Hesabda irəlidə olmağımıza baxmayaraq, məğlub olduq. Müdafiəmiz yox kimi idi. Zəif çıxış etdik. Bunun üzərində işləyəcəyik. Bəzi futbolçuları komandadan uzaqlaşdıracağıq".
|