Premyer Liqanın IV turunun ilk oyun günündə "Qarabağ" "Rəvan"ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Cevat Güler, "Rəvan" klubunun baş məşqçisi: "Yaxşı mübarizə oldu. "Qarabağ" neçə mövsümdü heyətini qoruya bilib. Ötən tur böyük hesabla qələbə qazanmışdılar. Yaxşı oyun göstərən komandadır. 4 oyundan sonra hesabımızda 3 xal var. Bu yaxşı deyil. İrəlidə 20 gün vaxtımız var. Transfer etməliyik. Kollektiv oyunumuzu gücləndirəcəyik. 4 turda komandamın mübarizəsindən razıyam, ancaq topladığımız xallardan narazıyam. Bizim hədəfimiz ilk altılıqda yer almaqdır. Çalışacağıq bu hədəfimizə çataq". Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Rəqibimiz bu gün çox yaxşı oynadı. Daha çox mərkəzdə mübarizə apardılar. Məşqçi işi hiss olunurdu. Buna baxmayaraq, qol epizodlarımız oldu. Lakin son zərbəni endirməyə futbolçuların ustalığı çatmadı. "Rəvan" sübut etdi ki, "Xəzər Lənkəran"dan bir xalı təsadüfən qazanmayıb. İstədiyimiz oyunu göstərə bilmirik. Problemin səbəbini bilirəm və bunu aradan qaldırmağa çalışacağıq. Qarşılaşmanın sonlarında temp bir qədər aşağı düşdü. Xallarımıza birini də əlavə etdik. "Rəvan"a uğurlar arzulayıram".
|