Bu gün futbol
üzrə Azərbaycan I Divizionunun püşkatma mərasimi keçirilib. Yeni vövsümdən
etibarən I Divizionda iki yeni komanda mübarizə aparacaq. Bunlar Ağsunun eyni
adlı komandası və Bakının “Qala” klubudur. Püşkatma mərasimindən sonra hər iki
klubun nümayəndəsindən komandadakı vəziyyət barədə məlumat aldıq:
Fəxrəddin Qaibov, “Qala” klubunun baş məşqçisi:
“Püşkatmanın nəticəsinə əsasən səfərdə “Lokomotiv” ilə oynayacağıq. Rəqib
haqqında heç bir məlumatım yoxdur. Ancaq biz qələbə qazanmaq üçün meydana
çıxacağıq. Qarşımıza məqsəd qoymuşuq ki, layiqli mübarizə aparaq. Pis əsgər
odur ki, general olmaq istəmir. Odur ki, biz də ancaq çempion olmağı
planlaşdırırıq. Komandanın heyətinin tam formalaşdığını deyə bilmərəm. Bir neçə
yoldaşlıq qarşılaşmasında qüvvəmizi sınamışıq. “Bakılı” ilə 1:1 heç-heçə etdik,
MOİK-ə 2:1 hesabıyla qalib gəldik, “Şahdağ”a isə minimal hesabla məğlub olduq.
Sentyabrın 1-də isə “Qaradağ Lökbətan” ilə yoldaşlıq görüşü keçirməyi
planlaşdırırq”.
Rəşad Kərimov, “Ağsu” klubunun icraçı drektoru: “Püşkdə bizə güclü rəqib
düşdü. Ancaq biz doğma azarkeşlərimiz önündə qələbə qazanmağa çalışacağıq. Hər
bir komanda istəyər ki, çempionatdakı ilk oyununda uğur qazansın. Bizim çox gözəl
stadionumuz tikilib istifadəyə verilib. Doğma meydanda ilk qələbəmizi qazanmağa
çalışacağıq. Komandanın baş məşqçisi Rüfət Quliyev heyəti tam formalaşdırıb.
Heç bir problemimiz yoxdur. Hələ ki, qarşımızda konkret məqsəd qoyulmasa da,
liderlik üçün mübarizə aparacağıq. Çempionatda iştirak edən komandalar haqqında
bir o qədər də məlumatım yoxdur. Ancaq onu deyə bilərəm ki, ötən mövsümün
qalibi “Qaradağ Lökbatan” güclü komandadır”.
|