![](uploads/78477avro.jpg) Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirildi. Dünən “Şerif” üzərində inamlı qələbə qazanıb, adını 48 klub arasına yazdıran “Qarabağ”ın da qitənin ikinci nüfuzlu klub turnirinin qrup mərhələsində rəqibləri müəyyənləşdi. Sonuncu Azərbaycan çempionu “Qarabağ” qrup mərhələsində İngiltərə nəhəngi “Arsenal”, Portuqaliya təmsilçisi “Sportinq” və Ukrayna klubu “Vorskla” ilə münasibətlərini ayırd edəcək. Peşəkar Futbol Liqası Avropa Liqasının qrup mərhələsinin oyunlarında “Qarabağ”a uğurlar arzulayır.
|