![](uploads/97613640.png) Avrokuboklardakı yeganə təmsilçimiz olan “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Qurban Qurbanovun başçılıq etdiyi komanda pley-off mərhələsinin ilk oyununda səfərdə Moldovanın “Şerif” klubuna 0-1 hesabı ilə məğlub olsa da, cavab oyununda hər şeyi öz xeyrinə dəyişməyi bacardı. Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionunda “Şerif”i 3 cavabsız qolla məğlub edən “Qarabağ” adını Avropa Liqasının qrup mərhələsinə yazdırdı. Qeyd edək ki, Avropa Liqasının püşkatma mərasimi bu gün saat 15:00-da keçiriləcək.
|