![](uploads/88049dario.jpg) Topaz Premyer Liqasının III turu “Neftçi”nin futbolçusu Dario Federiko üçün əlamətdar olub. Braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında yubiley – 50-ci oyununu keçirib. Ölkəmizdə 2015/16 mövsümündə debüt edən cənubi amerikalı fasilələrlə çıxış etdiyi Premyer Liqada iki klubun formasını geyinib. “Kəpəz”də 47 matçda 11 qola sevinən Dario, cari mövsümdən şərəfini qoruduğu paytaxt klubundakı 3 oyunda 1 dəfə fərqlənib.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2015/16
|
Kəpəz
|
12
|
3
|
2016/17
|
Kəpəz
|
22
|
4
|
2017/18
|
Kəpəz
|
13
|
4
|
2018/19
|
Neftçi
|
3
|
1
|
Cəmi
|
|
50
|
12
|
Qeyd edək ki, Dario Azərbaycan çempionatlarında 50 və daha çox oyun keçirən 27-ci braziliyalıdır.
|