![](uploads/4797571807pfl.jpg) Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. “Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib. “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib: Topaz Premyer Liqasının I turunun “Qarabağ” – “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilsin.
|