Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirildi. Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən və ilk iki mərhələdə uğurla çıxış edən “Qarabağ” Belarusun BATE klubu ilə üz-üzə gəldi. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Komandalar arasında cavab oyunu 14 avqust tarixdə Belarusda baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı komandaların ilk görüşündən fotoları təqdim edir.
|