![](uploads/7443749286qar.jpg) Sonuncu Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi. Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, Qurban Qurbanovun başçılıq etdiyi komanda Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Bu gün eyni zamanda Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı. Əgər “Qarabağ” iki oyunun nəticəsinə görə BATE klubuna məğlub olarsa, o zaman Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək. ”Qarabağ” qitənin ikinci ən nüfuzlu klub turnirinin pley-offunda "Şerif" (Moldova) - "Valur" (İslandiya) cütünün qalibi ilə görüşəcək.
|