![](uploads/72707_DSC2277.JPG) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirildi. Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” inamlı qələbə ilə adını III mərhələyə yazdırdı. Belə ki, ilk oyunda Albaniyanın “Kukesi” klubu ilə qolsuz bərabərə qalan “Qarabağ” cavab oyununda rəqibini 3 cavabsız qolla məğlub etdi. Sonuncu Azərbaycan çempionu Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə münasibətlərini ayırd edəcək. Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab görüşləri 14 avqustda keçiriləcək.
|