Bu gün Topaz Premyer Liqasında 2018/2019-cu illər mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının nümayəndələri, jurnalistlər, futbol ictimaiyyəti iştirak etdilər. İlk turu 11-12 avqust tarixlərdə keçiriləcək yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir: 11-12 avqust “Keşlə” –“Sabah” “Qarabağ” – “Zirə” “Qəbələ” – “Səbail” “Sumqayıt” – “Neftçi”
Qeyd: Turun təqvimi barədə yaxın günlərdə məlumat yerləşdiriləcək.
|