![](uploads/8509471807pfl.jpg) Peşəkar Futbol Liqası 2018/2019-cu illər futbol mövsümü üçün akkreditasiya qeydiyyatına start verir. Növbəti mövsüm Azərbaycanda keçiriləcək ölkədaxili yarışlar üçün akkreditasiya vəsiqəsinə sahib olmaq istəyənlər ad və soyadını, iş yerindən verilən vəsiqənin surətini, fotoşəkilini bu gündən etibarən avqust ayının 1-dək [email protected] ünvanına göndərə bilərlər. Qeydlər: Akkreditasiya qeydiyyatı mövsüm boyu davam edəcək. İlkin akkreditasiyaya gecikənlər, şərtlərə tam cavab verməyənlər, işə yeni qəbul olunacaq şəxslər mövsümün gedişində müraciət edə bilərlər. Həmin akkreditasiyalar müraciətdən sonrakı ayın ilk həftəsində təqdim olunacaq. Peşəkar Futbol Liqasının növbəti mövsüm üçün akkreditasiyası futbolla birbaşa əlaqəsi olan KİV nümayəndələrinə veriləcək. Ötən mövsüm qeydiyyatdan keçib hələ də vəsiqəsini götürməyənlərin isə müraciəti nəzərə alınmayacaq.
|