![](uploads/264562222.png) Avropa Liqasının 2018/2019-cu illər mövsümündə mübarizəyə start verildi. Ölkəmizi qitənin ikinci ən nüfuzlu klub turnirində təmsil edən “Qəbələ”, “Keşlə” və “Neftçi” mübarizəyə ilkin mərhələdən başladılar. Mərhələnin ilk oyunlarını komandalarımız üçün heç də uğurlu saymaq olmaz. Belə ki, iki təmsilçimiz ilk oyunda məğlubiyyət acısı yaşadılar. “Qəbələ” evdə “Proqres”ə (Lüksemburq) 0-2, “Keşlə” isə səfərdə “Baltsan”a (Malta) 1-4 hesabı ilə yenildi. Azərbaycan klublarından sadəcə “Neftçi” qələbə əldə etdi. Roberto Bordinin ilk rəsmi matçında Bakı klubu Macarıstanın “Uypeşt” klubunu 3-1 hesabı ilə üstələdi. Sonda Peşəkar Futbol Liqasının rəsmi saytı “Neftçi” – “Uypeşt” görüşündən fotoları təqdim edir.
|