![](uploads/96739olimpiya1.jpg) Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayan “Qarabağ” klubu ilk oyunda qələbə qazandı. Sloveniyanın “Olimpiya” klubu ilə üz-üzə gələn “Qarabağ” səfər matçında 1-0 hesablı qələbəyə sevindi. Oyunda yeganə qolu “Qarabağ”ın üzvü Donald Qerye vurdu. Səfərdə qazanılan qələbə hesabına ötən il Çempionlar Liqasının qrup mərhələsində oynamış “Qarabağ” mərhələ keçmək şansını yaxşılaşdırdı. Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
|