![](uploads/5715757157aaaaaaaa.png) Bu gün Avropa Liqasında I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirildi. Püşkatma zamanı Avropa Liqasındakı təmsilçilərimiz “Keşlə”, “Qəbələ” və “Neftçi”nin də rəqibləri müəyyənləşdi. Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına vəsiqə qazanan “Keşlə” mübarizəyə Maltanın “Baltsan” klubu ilə başlayacaq. Topaz Premyer Liqasının bürünc medalçısı olan “Neftçi” isə Macarıstanın “Uypeşt” komandası ilə üz-üzə gələcək. Premyer Liqanın gümüş medalçısı və Azərbaycan Kubokunun finalçısı olan “Qəbələ” isə ilk oyunda Lüksemburqun “Proqres” komandası ilə görüşəcək. Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək.
|