![](uploads/15104olim.jpg) Bu gün Çempionlar Liqasının 2018/2019-cu illər mövsümündə I və II təsnifat mərhələsinin püşkü atıldı. Püşkatma zamanı sonuncu Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşdi. Ötən il Çempionlar Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” cari mövsümün ilk mərhələsində Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək. Mərhələnin ilk oyunu iyulun 10-11-də, cavab görüşü isə 17-18 iyulda olacaq.
|