![](uploads/90611naxcivan kub.jpg) III Heydər Əliyev Kubokunda müxtəlif nominasiyalar üzrə ən yaxşılar müəyyənləşdi. Ən yaxşı bombardir üçün ayrılan mükafata aktivində 4 qol olan “Şüvəlan”ın futbolçusu Rəhman Musayev yiyələndi. Ən yaxşı qapıçı üçün hazırlanmış mükafatı elə həmin klubdan Əli Həsənli qazandı. Turnirin ən yaxşı oyunçusu adına isə “Zaqatala”nın üzvü Sərxan Abdullayev sahib çıxdı. Bundan əlavə görüşlərdə idarəçilik etmiş hakimlərə və onların işinə qiymət verən hakim-inspektora da xüsusi hədiyyələr təqdim edildi. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabarov Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim etdilər.
|