![](uploads/58807naxcivan kub.jpg) Naxçıvan Muxtar Respublikasında keçirilən III Heydər Əliyev Kubokuna yekun vuruldu. 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” oldu. Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazandı. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxdı. Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutdu. Bürünc medallara isə “Zaqatala” yiyələndi. Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qaldı. Turnirin son günündə keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alındı. “Zaqatala” 2-2 “Şüvəlan” (Nicat Muxtarov, 29; Sərxan Abdullayev, 60 // Rəhman Musayev, 34, 74(p.) “Araz Naxçıvan” 2-2 MOİK (Nuran Qurbanov, 40; İlqar Ələkbərov, 70 // Əli Banişevski, 7; Fərmayıl Əliyev, 48)
|