![](uploads/25187tpl1.jpg) Topaz Premyer Liqasının 2017/2018-ci il mövsümünü müvafiq olaraq 2-ci və 3-cü pillədə başa vurmuş “Qəbələ” ilə “Neftçi”yə gümüş və bürünc medallar təqdim oldunu. Azərbaycanı Avropa Liqasında təmsil edəcək komandalar medallarını “Azersun Arena”da baş tutan mükafatlandırma mərasimində aldılar. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdilər.
|