![](uploads/13842DSC_0406.JPG) Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümünə bu gün yekun vuruldu. Sonuncu “Səbail” – “Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi reallaşdı. Belə ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və qurumun baş direktoru Məlik Həsənov “Səbail”ə kubok və qızıl medalları, “Qəbələ” və “Zirə”yə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim etdilər. Peşəkar Futbol Liqasının rəsmi saytı mükafatlandırma mərasimindən fotoları təqdim edir.
|