![](uploads/1085671807pfl.jpg) Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümünə yekun vuruldu. 28-ci turun oyunlarından sonra yarışda bütün medalçılar müəyyənləşdi. Mövsümü qalib kimi “Səbail” klubu başa vurdu. Gümüş medallara “Qəbələ”, bürünc medallara isə “Zirə” sahib çıxdı. “Sumqayıt” 1-1 “Zirə” (Fərid Kərimzadə, 82 // Əziz İsmayılov, 85) “Kəpəz” 0-2 “Neftçi” (Elnur Süleymanov, 9; Murad Hüseynov, 74) “Qəbələ” 0–0 “Qarabağ” “Səbail” 0-0 “Keşlə”
|