![](uploads/7635771807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XXVII turunun “Neftçi” – “Səbail” matçının 43-cü dəqiqəsində “Səbail” klubunun baş məşqçisi Samir Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən Əliyev 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Topaz Premyer Liqasının XXVII turunun “Zirə” – “Kəpəz” matçının 9-cu dəqiqəsində “Zirə” klubunun 8 №-li futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyunluq cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
Oyunun 80-cı dəqiqəsində “Kəpəz” klubunun 11 №-li futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXVII turunun “Sumqayıt” – “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ” klubunun 62 №-li futbolçusu Faiq Hacıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXVII turunun “Keşlə” – “Qarabağ” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXVII turunun “Neftçi” – “Səbail” matçının 79-cu dəqiqəsində “Səbail” klubunun 85 №-li futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).
Əvəzedici heyətlərin XXVII turunun “Zirə” – “Kəpəz” matçının 88-ci dəqiqəsində “Zirə” klubunun 57 №-li futbolçusu Kənan Zülfiqarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
I Divizionun XXVII turunun “Binə” – MOİK matçında “Binə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 37-ci dəqiqəsində “Binə” klubunun 85 №-li futbolçusu Renat Aşırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
|