![](uploads/62845qabalayeni.jpg) “Qəbələ” Topaz Premyer Liqasının gümüş medalını təmin edib. Buna XXVII turun nəticələri səbəb olub. Rəqib meydanında “Sumqayıt”a 2:0 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri xal hesabını 49-a çatdırıb. Ən yaxın izləyicisi “Neftçi”ni 6 xal qabaqlayan “qırmızı-qaralar” sonuncu turun nəticələrindən asılı olmayaraq, turnir cədvəlində 2-ci yeri tutub. Bunadək “Qarabağ” çempionluğu təmin etdiyindən sonuncu tur bürünc medal baxımından əhəmiyyət kəsb edir. 43 xala malik “Neftçi”, həmçinin 41 xallı “Zirə” və hesabında 40 xal olan “Sumqayıt” 3-cü yeri tutmaq şansına malikdir. Qeyd edək ki, ardıcıl 5-ci dəfə mükafatçılar sırasına düşən “Qəbələ” 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medal əldə edib.
|