![](uploads/6025660256DSC_0004 copy.jpg) Futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün qalib və mükafatçılarına medallar təqdim olundu. Bu münasibətlə Peşəkar Futbol Liqası tərəfindən “AZAL Arena”da mükafatlandırma mərasimi təşkil olundu. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və qurumun baş direktoru Məlik Həsənov təqdim etdilər. Belə ki, bu gün reallaşan “Şüvəlan” – “Xəzər” oyunundan sonra mərasim baş tutdu. İlk olaraq fəxri kürsüyə bürünc medalların sahibi “Şüvəlan” klubu dəvət olundu. “Qaradağ Lökbatan” gümüş medallarını aldıqdan sonra isə I Divizionun qalibi “Xəzər” klubu mükafatlandırıldı. Qalibə qızıl medallarla yanaşı, kubok da təqdim olundu. Qeyd edək ki, Elşad Əhmədovun başçılıq etdiyi “Xəzər” debüt ilində I Divizionun qalibi adını qazandı.
Peşəkar Futbol Liqasının rəsmi saytı mərasimdən fotoları təqdim edir.
|