Premyer Liqanın 3-cü turunun oyunları çərçivəsində "İnter" doğma azarkeşləri önündə "Xəzər Lənkəran"ı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi:
“Çətin oyun
olacağını bilirdik. İlk 20 dəqiqə zəif oynasaq da, yekunda xal qazandıq. Süni
örtüklü meydançaya alışmamışıq. Bəzi oyunçular meydanda özünü itirmişdi. Oyunun
sonunda qol vura da bilərdik, buraxa da bilərdik. Oyundan sonra Sadio
Tounkaranı mülki geyimli şəxs təhqir etdi. Bu, təsiredici haldır. 4 futbolçunun
yolunu gözləyirik. Son 7 oyundan ən zəifini oynadıq”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Yaxşı oyun oldu. Təəsüf ki,
qalib gələ bilmədik. Futbolçulara iradım yoxdur. Komandamız daha üstün oynasa
da, qalib gələ bilmədik. Uğuru özümüz qazanmalıyıq. Yaxşı oynamağımız müsbət cəhətdir.
Futbolçular son zərbə üzərində çalışmalıdır. Bu cür oynamağa davam etsək uğur əldə
edəcəyik”.
|