![](uploads/95340cemp.jpg) Topaz Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib. XXIV turun bu gün keçirilən oyunlarından sonra Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionu titulunu qazanıb.
Qurban Qurbanovun yetirmələri səfərdə “Sumqayıt”ı Dani Kintananın qolu sayəsində 1-0 hesabı ilə məğlub edərək Premyer Liqanın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
Bununla da “Qarabağ” ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.
Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.
Mövsüm
|
Çempion
|
1992
|
“Neftçi”
|
1993
|
“Qarabağ”
|
1993/94
|
“Turan”
|
1994/95
|
“Kəpəz”
|
1995/96
|
“Neftçi”
|
1996/97
|
“Neftçi”
|
1997/98
|
“Kəpəz”
|
1998/99
|
“Kəpəz”
|
1999/2000
|
“Şəmkir”
|
2000/01
|
“Şəmkir”
|
2001/02
|
yarımçıq qalıb
|
2002/03
|
Keçirilməyib
|
2003/04
|
“Neftçi”
|
2004/05
|
“Neftçi”
|
2005/06
|
“Bakı”
|
2006/07
|
“Xəzər Lənkəran”
|
2007/08
|
“İnter”
|
2008/09
|
“Bakı”
|
2009/10
|
“İnter”
|
2010/11
|
“Neftçi”
|
2011/12
|
“Neftçi”
|
2012/13
|
“Neftçi”
|
2013/14
|
“Qarabağ”
|
2014/15
|
“Qarabağ”
|
2015/16
|
“Qarabağ”
|
2016/17
|
“Qarabağ”
|
2017/18
|
“Qarabağ”
|
|