![](uploads/43624azkubokyeni.jpg) Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları baş tutdu. Gərgin keçən “Sumqayıt” – “Keşlə”, “Neftçi” – “Qəbələ” oyunlarından sonra finalçılar müəyyənləşdi. Sumqayıtda baş tutan günün ilk oyununda heç-heçə qeydə alındı. İlk pərdəsi 1-0 hesabı ilə “Keşlə”nin xeyrinə başa çatan qarşılaşmanın ikinci oyunu 1-1 başa çatdı. İki görüşün nəticəsinə görə, “Keşlə” finala adlayan tərəf oldu. Günün ikinci qarşılaşmasında – “Neftçi” – “Qəbələ” oyununda 4 qol qeydə alındı. Görüşü 3-1 hesablı qələbə ilə yekunlaşdıran “Qəbələ” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun finalında oynamaq hüququ qazandı. Beləliklə, Azərbaycan Kubokunda 2017/2018-ci illər mövsümünün final oyunu “Qəbələ” və “Keşlə” komandaları arasında keçiriləcək.
|