Fuad İsmayılovun istefasını qəbul edən “Kəpəz” PFK-nın
Prezidenti Elmir Əliyev onunla görüşüb və təcrübəli məşqçiyə uğurlar arzu edib.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Məlumata görə, “Kəpəz”in rəhbərliyi
artıq yeni baş məşqçini də təyin edib. Belə ki, bundan sonra “Kəpəz” komandasını
Premyer Liqa yarışlarına Gəncənin yetirməsi olan, bir qədər bundan əvvəl “Tərəqqi” klubuna baş məşqçi təyin olunmuş Mahmud Qurbanov hazırlayacaq.
|