![](uploads/87774anar.jpg) Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” ilə qarşılaşması (1:1) “Zirə”nin futbolçusu Anar Nəzirov üçün əlamətdar olub. Paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. 2005/06 mövsümündə “Gəncə”nin (indiki “Kəpəz”) heyətində debüt matçına çıxan qapıçı bu matçlarda 266 qol buraxıb.
Azərbaycan çempionatları tarixinə 200 və daha çox oyun keçirmiş 10-cu qapıçı kimi düşən Nəzirov 7 klubun şərəfini qoruyub. 33 yaşlı qolkiper “Turan”da 69, “Zirə”də 62, “Qəbələ”də 25, “Standard”da 19, “Sumqayıt”da 17, “Neftçi”də 6, indiki “Kəpəz”də 2 matç keçirib.
Qeyd edək ki, Anar cari mövsümdə 200-cü oyununu keçirən 7-ci futbolçudur. Ona qədər Novruz Məmmədov, Şəhriyar Rəhimov, Tural Cəlilov (hamısı “Kəpəz”), Ruslan Abışov (“Neftçi”), Ansi Aqolli, Əfran İsmayılov (hər ikisi “Qarabağ”) buna nail olub.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2005/06
|
Gəncə
|
2
|
-5
|
2006/07
|
Turan (Tovuz)
|
10
|
-20
|
2006/07
|
Neftçi (Bakı)
|
3
|
-1
|
2007/08
|
Turan (Tovuz)
|
26
|
-49
|
2008/09
|
Neftçi (Bakı)
|
3
|
-4
|
2008/09
|
Turan (Tovuz)
|
7
|
-8
|
2009/10
|
Standard (Sumqayıt)
|
19
|
-30
|
2010/11
|
Qəbələ
|
5
|
-1
|
2011/12
|
Turan (Tovuz)
|
26
|
-30
|
2012/13
|
Qəbələ
|
16
|
-21
|
2013/14
|
Sumqayıt
|
17
|
-28
|
2013/14
|
Qəbələ
|
1
|
-4
|
2014/15
|
Qəbələ
|
3
|
-8
|
2015/16
|
Zirə (Bakı)
|
30
|
-28
|
2016/17
|
Zirə (Bakı)
|
22
|
-22
|
2017/18
|
Zirə (Bakı)
|
10
|
-7
|
|
Cəmi
|
200
|
-266
|
|