Peşəkar Futbol Liqasında vəzifə dəyişikliyi baş verib. Qurumun Texniki İdman Şöbəsinin rəisi postuna Nihad Məmmədov gətirilib. Məmmədov “Sumqayıt” klubuna idman-direktoru təyin olunan Zamiq Hüseynovu əvəzləyib. Məlumat üçün bildirək ki, 2013-cü ildən Peşəkar Futbol Liqasında çalışan N.Məmmədov 2 ildir ki, Zamiq Hüseynovun müavini kimi fəaliyyət göstərirdi. Peşəkar Futbol Liqasının kollektivi 2008-2018-ci illərdə qurumda çalışmış Zamiq Hüseynova uzunmüddətli fəaliyyətinə görə təşəkkür edir, ona yeni işində uğurlar arzulayır.
|