Topaz Premyer Liqasının XXI turunun “Keşlə” ilə ev oyunu (1:1) “Qarabağ”ın futbolçusu Dani Kintana üçün əlamətdar olub. İspaniyalı yarımmüdafiəçi Ağdam klubunun heyətində 100-cü matçını keçirib. Yubiley qarşılaşmasının iştirakçısı bu görüşlərdə 26 qol sevinci yaşayıb.
Kintana Azərbaycan çempionatlarında 63 (21 qol), Azərbaycan kubokunda 9 (2 qol), avrokuboklarda 28 (3 qol) dəfə “Qarabağ”ın formasını geyinib. Dani Ağdam klubunun tarixində 100 və daha çox matç keçirən 43-cü futbolçu olub.
Qeyd edək ki, ispaniyalı futbolçu 2015-ci il iyulun 15-də Çempionlar Liqasının “Rudar” (Monteneqro) ilə ev oyununda (0:0) indiki klubunda debüt edib.
mövsüm
|
turnir
|
oyun
|
qol
|
2015/16
|
Avropa Liqasi
|
8
|
1
|
2015/16
|
Azərbaycan çempionatı
|
32
|
15
|
2015/16
|
Azərbaycan kuboku
|
5
|
1
|
2015/16
|
Çempionlar Liqasi
|
4
|
0
|
2016/17
|
Avropa Liqasi
|
8
|
2
|
2016/17
|
Azərbaycan çempionatı
|
15
|
3
|
2016/17
|
Azərbaycan kuboku
|
2
|
1
|
2016/17
|
Çempionlar Liqasi
|
4
|
0
|
2017/18
|
Azərbaycan çempionatı
|
16
|
3
|
2017/18
|
Azərbaycan kuboku
|
2
|
0
|
2017/18
|
Çempionlar Liqasi
|
4
|
0
|
|
Cəmi
|
100
|
26
|
|