Azərbaycan
Premyer Liqasının III turunda “Bakı” səfərdə “Rəvan”ın qonağı oldu. Hərəyə bir
dəfə fərqlənən tərəflər yekunda 1-1 hesablı heç-heçəyə nail oldu.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Nəticədən razı qalmadım, qalib gəlməli
idik. Oyunda üstün tərəf idik, rəqiblə müqayisədə çox qol imkanı yaratdıq.
İkinci hissədə də eyni qaydada oynadıq, lakin ani diqqətsizlik qapımıza qolla nəticələndi.
Buna baxmayaraq, komanda sona kimi mübarizə aparıb hesabı bərabərləşdirə bildi.
Əvvəlki oyunla müqayisədə daha yaxşı oynadığımızı düşünürəm, bu, hələ ki,
çempionatın başlanğıcıdır. Qarşıda bizim çox oyunumuz var”.
Cevat
Güler, “Rəvan” klubunun baş məşqçisi: “”Bakı” komandası üstün oynadı.
Komandamız yaxşı mübarizə apardı, nadir qol imkanlarından yalnız birindən
yararlana bildik. Təəssüf ki, qələbə hesabını sonadək qoruya bilmədik. Təbii ki,
qalib gəlmək daha yaxşı olardı, lakin “Bakı” kimi komanda ilə oyunda heç-heçə də
yaxşı nəticədir. “Bakı” çox yaxşı komandadır, gözəl oyun üçün çalışdılar.
Qarşıdakı oyunlarda daha yaxşı oynamağa çalışacağıq. Çempionatın əvvəlində
güclü komandalarla oynamaq bizə üstünlük vermir. Lakin bu oyunlarda yaxşı nəticə
qazandığımıza inanıram”.
|