Premyer Liqanın 3-cü turunun qarşılaşmaları çərçivəsində "Simurq" Zaqatala şəhər stadionunda "Turan"ı qəbul edib. Qarşılaşmadan "Simurq" 3:0 hesabıyla qalib ayrılıb.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: ““Turan”la oyunlarımız həmişə çətin keçir. Bu gün
də oyun gərgin keçdi. Qarşılaşmanın 0-0 davam etməsi gərginliyi daha da
artırdı. İlk hissədə qol epizodlarımız çox olsa da, yararlana bilmədik. İkinci
hissədə dəyişiklik etdikdən sonra qollar vurduq və qalib gəldik”.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Oyunun başa çatmasına 20-25
dəqiqə qalmış bir neçə oyunçu dəyişikliyi etsək də, bu öz nəticəsini vermədi. Antonio Rukavinanın
oyunundan razı qaldım. Gələcək oyunlarda daha yaxşı nəticələr əldə etməyə
çalışacağıq”.
|