![](uploads/5950471807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. I Divizionun XX turunun “Xəzər” – “Turan” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XX turunun “Zaqatala” – MOİK matçının 82-ci dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Yunis Muxtarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).
|