![](uploads/8931625560pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
I Divizionun XIX turunun “Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində “Ağsu” klubunun 10 №-li futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
Oyunun 69-cu dəqiqəsində “Zaqatala” klubunun 18 №-li futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun “Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində “Şüvəlan” klubunun 8 №-li futbolçusu Mirkamil Həşimli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyunluq cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
I Divizionun XIX turunun “Sabah” – “Binə” matçının 90+2-ci dəqiqəsində “Binə” klubunun 42 №-li futbolçusu Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIX turunun “Xəzər” – “Mil-Muğan” matçının 80-cı dəqiqəsində “Mil-Muğan” klubunun 8 №-li futbolçusu Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
|