Premyer Liqanın 3-cü turunda AZAL səfərdə "Kəpəz"i məğlub edib - 2:0.Vaqif Sadıqov,
AZAL klubunun baş məşqçisi: ““Kəpəz”lə
oyunlar həmişə çətin olur. Rəqibimiz artıq 2 oyundur ki, qalib gələ bilmirdi.
Oyuna üç xal qazanmaq əzmi ilə çıxmışdıq. Futbolçularıma qələbəyə görə təşəkkür
edirəm. Qol imkanlarımız çox olsa da, yalnız ikisindən istifadə edə bildik”.
Fuad
İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Hələ də öz oyunumuzu tapa bilmirik. Oyunumuzda müəyyən
çatışmazlıqlar var. Qarşıdakı oyunlarda bunları aradan qaldırıb qələbə
qazanmağa çalışacağıq”.
|