![](uploads/3028671807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Keşlə” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
I Divizionun XVIII turunun “Turan Tovuz” – “Zaqatala” matçının 90-cı dəqiqəsində “Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XVIII turunun MOİK – “Binə” matçında MOİK komandasının heyətində cəzalı futbolçu iştirak edib. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Eyni zamanda, klub 400 manat cərimə olunur (maddə 51).
I Divizionun XVIII turunun “Mil-Muğan” – “Sabah” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
|