Premyer Liqanın 3-cü turunda doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edən "Neftçi" 3:0 hesablı qələbə qazandı. Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: ““Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevə şəfa diləyirəm.
İnanıram ki, tezliklə onu komandasının başında görəcəyik. “Neftçi” psixoloji cəhətdən
gərgin idi. Onlara qələbə lazım idi. 3-0 hesablı məğlubiyyət bizi ayıltdı. Səhvlərimizi
təhlil edəcəyik. “Neftçi”yə Avropa Liqasında
uğurlar arzulayıram”.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Çempionlar Liqasında “Hapoel”ə, Premyer Liqada “Qarabağ”a ardıcıl məğlub
olduqdan sonra qələbə qazanmaq bizim üçün çox vacib idi. Ötən tur süni örtüklü
meydançada oynadığımız üçün futbolçular hələ də özlərinə gələ bilməyiblər. “Qəbələ”nin
“İnter”lə oyununu izləmişdik. Rəqibin yarımmüdafiə və hücum xətti bizi narahat
edirdi. “Qəbələ” ilk hissədə bizə problem yaratsa da, ikinci hissədə vurduğumuz
qollarla qələbə qazandıq. Bu gün Rəşad Sadiqov və Vobaya istirahət vermişdim. Onlar
da ikinci hissədə meydana daxil olub özlərini doğrultdular”.
|