![](uploads/69329tpl1.jpg) Topaz Premyer Liqasının XX turunun “Neftçi” – “Qarabağ” qarşılaşması meydan sahibləri üçün yubileylə əlamətdar olub. 0:0 hesablı heç-heçə “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 80-ci ev bərabərliyidir. Bakılılar bu göstəricidə mütləq rekordçudur. “Neftçi” evdə keçirdiyi 364 matçda 232 qələbə qazanıb və 52 dəfə məğlub olub.
Qeyd edək ki, öz meydanındakı heç-heçələrin sayında 2-ci göstərici “Qarabağ”a məxsusdur – 70 heç-heçə.
|