![](uploads/67677sehriyar avroliqa.jpg) Topaz Premyer Liqasının XVII turu “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov üçün əlamətdar olub. “Qarabağ”la səfər qarşılaşması (1:0) 29 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu olub. 2007/08 mövsümündə Premyer Liqada debüt edən Rəhimov bu 11 çempionatda 5 klubun şərəfini qoruyub. Hesabında 10 qol olan yarımmüdafiəçi “Kəpəz”də 78 (6 qol), AZAL-da 56 (2 qol), “Rəvan”da 31 (1 qol), “İnter”də 23, “Karvan”da 12 (1 qol) oyuna çıxıb.
Qeyd edək ki, Şəhriyar Azərbaycan çempionatlarında 200 və ya daha çox oyun keçirən 122-ci futbolçudur.
mövsüm
|
klub
|
oyun
|
qol
|
2007/08
|
İnter (Bakı)
|
1
|
0
|
2008/09
|
İnter (Bakı)
|
3
|
0
|
2009/10
|
İnter (Bakı)
|
1
|
0
|
2009/10
|
Karvan (Yevlax)
|
12
|
1
|
2010/11
|
İnter (Bakı)
|
11
|
0
|
2011/12
|
İnter (Bakı)
|
7
|
0
|
2011/12
|
AZAL (Bakı)
|
10
|
0
|
2012/13
|
Rəvan (Bakı)
|
27
|
1
|
2013/14
|
Rəvan (Bakı)
|
4
|
0
|
2013/14
|
AZAL (Bakı)
|
25
|
2
|
2014/15
|
AZAL (Bakı)
|
21
|
0
|
2015/16
|
Kəpəz (Gəncə)
|
35
|
4
|
2016/17
|
Kəpəz (Gəncə)
|
27
|
2
|
2017/18
|
Kəpəz (Gəncə)
|
16
|
0
|
11 mövsüm
|
5 klub
|
200
|
10
|
|