İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir: Azərbaycan Premyer Liqasının II turunun “Bakı” – “Simurq” matçında qapı
torunda problem olduğuna görə matç 7 dəqiqə gec başladığı üçün meydan sahibi
klub 3000 manat cərimə olunur (maddə 53).
XXI
Azərbaycan Premyer Liqasının II turunun AZAL – “Rəvan” matçında AZAL klubunun
4, “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün hər iki
klub 1000 manat cərimə olunur (maddə 40).
Azərbaycan Premyer Liqasının II turunun “Turan” – “Sumqayıt” matçında “Turan”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Oyunun 28-ci dəqiqəsində “Sumqayıt” klubunun 76
№-li futbolçusu Uğur Pamuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat
cərimə olunur (maddə 37.1).
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II
turunun AZAL – “Rəvan” matçının 84-cü dəqiqəsində
“Rəvan” klubunun 17 №-li futbolçusu Muxtar İsmayılov kobud oyuna görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 100 manat cərimə olunur (maddə 48).
|