30.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Əvəzedicilər liqası: I turun oyun cədvəli

Slide 1

Media nümayəndələrinin nəzərinə

Slide 1

Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb

Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

   Xaqani Məmmədov: “Avropanın ən gənc hakimlər kollektivi Azərbaycandadır”      2018-02-03

Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı bu gün başa çatdı. Yanvarın 20-dən etibarən Antalyada olan hakimlərimiz 2 həftəlik toplanış çərçivəsində nəzəri məşğələlər, fiziki məşqlərdə iştirak etməklə yanaşı, çox sayda yoldaşlıq görüşlərini də idarə etdilər. Hazırlığın gedişi və yekunu ilə bağlı danışan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir sıra məqamlara toxundu: “Bu gün Antalyada son iş günümüz idi. Builki toplanış bir çox məqamlarla fərqləndi. Bu qış daha gənc hakimləri toplanışa dəvət etmişdik. Xatırlayırsınızsa,  2008-ci ildə Azərbaycanda hakim dalğası gəldi. Növbəti, ikinci dalğanı məhz bu il müşahidə etdik. Perspektivinə ümidlər bəslədiyimiz hakimləri toplanışa dəvət etdik, onlara şərait yaratdıq. Gənc hakimlərə çox sayda oyun verdik. Biz toplanış çərçivəsində 74 oyun idarə etdik. Bu, fantastik göstəricidir. Hakimlərimiz Avropanın ən gənc kollektividir. Biz həmin gəncləri məhz Antalyada oyunlara göndərib, təcrübə qazanmalarını təmin etdik. Hakimlərimizin iştirakı ilə keçirilən oyunların böyük əksəriyyəti Peşəkar Futbol Liqasının əməkdaşları tərəfindən lentə alınırdı. Elə həmin gün axşam oyunları analiz edir, qərarlarla bağlı fikirlərimizi bölüşürdük. Bundan əlavə, Antalya toplanışı zamanı FİFA və UEFA-nın yeni təlimatları ilə bağlı seminarlarımız oldu. Bu yeniliklərə bağlı Antalyada toplanışda olan klublarımıza da seminarlar keçdik. Bütün bunların səmərəli olduğunu düşünürəm”.

Xaqani Məmmədov bildirdi ki, hakimlərin fiziki göstəriciləri yaxşı səviyyədədir: “Düşünürəm ki, hakimlərin həm  fiziki göstəriciləri, həm də nəzəri bilikləri yaxşı səviyyədədir. Etiraf edirəm ki, hakimlər Antalyaya fiziki baxımdan tam ideal formada gəlməmişdilər. Amma fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev bu çatışmazlıqları aradan qaldıra bildi. Bunun nəticəsi olaraq hakimlərimiz bütün fiziki testləri yüksək səviyyədə verdilər. Bunların fonunda deyə bilərəm ki, hakimlərimiz çempionatın ikinci dövrəsinə  hazırdırlar. Sözsüz ki, xırda səhvlər olacaq.  Mütəxəssislər hesab edirlər ki, oyun ərzində bir neçə epizodun gözdən qaçması normaldır. Biz çalışırıq ki, səhvlərimiz minimuma ensin”.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov elit raunda namizəd olan Əliyar Ağayevin Maltada qatıldığı kurs barədə fikirlərini ifadə etdi: “Əliyar Ağayev yanvarın 28-dən etibarən Maltadadır. Əliyarla telefon əlaqəm olub. Əliyar kurslardan yüksək qiymət alan 3 gənc hakimdən biridir. Ağayev qatıldığı kursda imtahanlardan üzüağ çıxıb. Bu, sevindirici məqamdır. Eyni zamanda, digər FİFA hakimimiz Ömər Paşayev  FİFA və UEFA-nın nəzarətindədir. Ömər mart ayında yeni təyinatlar alacaq”. 

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
2930 3101020304
05060708091011
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: