30.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Əvəzedicilər liqası: I turun oyun cədvəli

Slide 1

Media nümayəndələrinin nəzərinə

Slide 1

Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb

Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

   PFL prezidenti Ramin Musayev Antalya toplanışını dəyərləndirdi       2018-02-02

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının iştirakçı komandaları, eləcə də görüşlərdə idarəçilik edən hakimlər yanvar ayından etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadırlar. Komandalarımız yoxlama görüşlərində qüvvələrini sınadığı halda, hakimlərimiz bir sıra ölkələrin təmsilçilərinin görüşlərini idarə etdilər.
Bütün bu proseslərə ilk gündən diqqət ayıran Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev toplanışın yekunu olaraq bu gün mətbuat konfransı keçirdi. R.Musayev ilk olaraq toplanışda iştirak edən jurnalistlərə təşəkkürünü bildirdi: “Hər birinizi salamlayıram. Təklifimizi qəbul edib Antalya toplanışına gəldiyinizə görə sizə təşəkkür edirəm”.

Hakimlərin toplanışına toxunan PFL prezidenti bunları söylədi: “Hakimlərin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ənənə halını alıb. Bu işdə əməyi olan AFFA rəhbərliyinə, xüsusən də Rövnəq Abdullayevə təşəkkür edirəm. Toplanış ərzində hakimlərin idarə etdiyi görüşlərin sayı kifayət qədərdir. Məqsədimiz odur ki, hakimlərimiz həm fiziki, həm də nəzəri cəhətdən hazır olsunlar. Bütün bunlar  ona görədir ki, ilboyu əziyyət çəkən, xal uğrunda mübarizə aparan komandalarımızın haqqları tapdanmasın. Yaxşı hakimlik üçün idarəçilərin həm nəzəri, həm də fiziki durumları yaxşı səviyyədə olmalıdır. Bunun üçün isə toplanışın keçirilməsi vacibdir”.   

Ramin Musayev Antalyada olan klubların hazırlıqlarına da toxundu: “Klubların da işləri ilə maraqlanırıq. Biz onlara müdaxilə etmirik. Ona görə toplanışlarını izləyirik ki, gələcəkdə meydana çıxa biləcək suallara cavab verək. Bəzi komandalarımız toplanışda keçirilən görüşlərdə məğlub olublar. Düşünürəm ki, bu, komandanın zəifliyindən irəli gəlmir. Çünki məşqçilər oyunlar zamanı bir sıra futbolçuları müxtəlif yerlərdə sınayırlar. Kimin hansı mövqe üçün daha uyğun olduğunu müəyyən edirlər. Zənnimcə, çempionatın qışdan sonrakı dönəmi çox maraqlı olacaq. Çünki yerlər uğrunda qızğın mübarizə gedəcək”.
Ramin Musayev Peşəkar Futbol Liqası bayrağı altında keçirilən I Divizion yarışının perspektivlərindən də danışdı: “I Divizion bizim üçün çox vacibdir. Çünki ora baza kimi baxırıq. Antalya toplanışında olan “Xəzər" klubu mənim çox xoşuma gəldi. İstəyirik ki, I Divizionda   AFFA-dan maliyyələşməyən klubların sayı daha çox olsun. I Divizion yarışına komanda buraxmazdan öncə araşdırma aparırıq. Divizionda elə komandaların oynamasını istəyirik ki, onlar mövsümün sonuna qədər mübarizə aparsınlar və futbolumuza töhfə versinlər. Bəli, biz Antalyada “Xəzər” klubunun rəhbərliyi  ilə söhbət etdik. Onlar mənə sual verdilər ki, “biz Premyer Liqaya gələ bilərikmi?” Buna çox müsbət yanaşıram. Əgər həqiqətən də futbol naminə bir iş görmək istəyirlərsə, biz onlara dəstək verməyə hazırıq. Sözlərim təkcə  “Xəzər” klubuna deyil, Divizionda iştirak edən bütün klublara aiddir. Bütün klublar bizim üçün eynidir”.

PFL prezidenti milli komandanın Moldova ilə keçirilən yoldaşlıq görüşü ilə bağlı da suala cavab verdi: “Mən milli komandanın yoldaşlıq görüşü zamanı yeni oyunçular gördüm. Unutmayaq ki, milli komanda da təlim-məşq toplanışında idi və oyun yoxlama görüşü xarakteri daşıyırdı. Millinin baş məşqçisi Qurban Qurbanov futbolçlardan çox yaxşı, düzgün istifadə etməyi bacarır. Hesab edirəm ki, Qurban Qurbanovun rəhbərlik etdiyi milli komanda xalqımızı sevindirəcək”.

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
2930 3101020304
05060708091011
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: