![](uploads/66746ELM_9792.JPG) Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı başa çatmaq üzrədir. Yanvarın 20-dən etibarən qardaş ölkədə olan hakimlər toplanışa fevralın 3-də yekun vurub vətənə qayıdacaqlar. Hakimlərimiz bu müddət ərzində Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyevin rəhbərliyi altında müxtəlif təlimləri yerinə yetiriblər. Çox sayda yoldaşlıq görüşü idarə edən ədalət təmsilçilərimiz fiziki hazırlıq üzrə məşqlərə, eləcə də nəzəri dərslərə qatılıblar. Peşəkar Futbol Liqasının rəsmi saytı hakimlərin Antalya toplanışından fotoreportajı təqdim edir.
|