![](uploads/5550825560pfl.jpg) Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı plan üzrə davam edir. Toplanışda iştirak edən hakimlərimizin böyük əksəriyyəti gün ərzində yoxlama görüşlərinin idarə olunmasında iştirak edirlər. Bu gün isə hakimlərimiz 5 oyunda ədaləti qoruyublar. Peşəkar Futbol Liqasının rəsmi saytı bu gün idarə olunan görüşlərin siyahısını sizə təqdim edir. 29 yanvar (bazar ertəsi) “Lapi” (Kosova) – “Dinamo Brest” (Belarus) Hakimlər: Etibar Həsənov, Akif Əmirəli, Rza Məmmədov “Dinamo Brest” (Belarus) – “Rabotniçki” (Makedoniya) Hakimlər: Orxan Məmmədov, Cəmil Quliyev, Yaşar Abbasov “Karpatı” (Ukrayna) – “Keşlə” (Azərbaycan) Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov “Slaviya” (Bolqarıstan) – MOİK (Rusiya) Hakimlər: Ziya Nəsirov, Vüqar Bayramov, Məmmədəli Kərimov Qazaxıstan U-17 – “Antalyaspor” U-17 (Türkiyə) Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Mübariz Haşımov
|