![](uploads/11156TPL.jpg) Bu həftə Topaz Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulacaq. 2017-ci ilin son matçında “Qarabağ”la “Səbail” üz-üzə gələcək. IV turdan təxirə salınan matç sonuncuların meydanında keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytı bu matçda üz-üzə gələn komandaların çempionatdakı qarşılaşmalarının balansını təqdim edir.
Topaz Premyer Liqası
IV turdan təxirə salınan oyun
8 dekabr
13. "Səbail"- "Qarabağ" – 1 oyun, +0=0-1, top fərqi 0-1
Təxirə salınmış qarşılaşmanın iştirakçıları indiyədək yalnız bir dəfə görüşüb. Ağdam təmsilçisinin ev oyununun taleyini 1 qol həll edib. İlk dəfə rəqibini qəbul edəcək paytaxt klubu qol sevinci yaşamayıb.
27.10.2017
|
Qarabağ (Ağdamı) – Səbail (Bakı)
|
1:0
|
|