![](uploads/52274q.jpg) Topaz Premyer Liqasında II dövrəyə yekun vurulub. Dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.
Yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”dir. “Qarabağ”la eyni – 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb. “Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. “Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub. II dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadır.
Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi I dövrənin qalibi olmuşdu.
1
|
Qəbələ
|
7
|
6
|
0
|
1
|
18-6
|
18
|
2
|
Qarabağ
|
7
|
6
|
0
|
1
|
11-3
|
18
|
3
|
Zirə
|
7
|
5
|
0
|
2
|
11-6
|
15
|
4
|
Neftçi
|
7
|
4
|
0
|
3
|
12-7
|
12
|
5
|
Sumqayıt
|
7
|
3
|
1
|
3
|
9-7
|
10
|
6
|
Səbail
|
7
|
2
|
1
|
4
|
5-11
|
7
|
7
|
Kəpəz
|
7
|
1
|
0
|
6
|
5-18
|
3
|
8
|
Keşlə
|
7
|
0
|
0
|
7
|
2-15
|
0
|
|